“Ermənistan kimi İsrail də dərsini alacaq” – Ərdoğanbackend

"Ermənistan kimi İsrail də dərsini alacaq” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı vəziyyəti Dağlıq Qarabağ ətrafında baş verənlərlə müqayisə edib.

KONKRET.az-ın məlumatına görə, Türkiyə dövlət başçısı bildirib ki, Ermənistan Qarabağ münaqişəsindən dərs aldığı kimi İsrail də Yaxın Şərqdəki münaqişə nəticəsində dərsini alacaq.

“İsrail də məyus olacaq. Nə qədər ki, biz 85 milyon insan birik, bizi heç kim sındıra bilməz. Ona görə də güclü və müasir ordu bizim üçün zərurətdir”, – deyə Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*