Ermənistan MTN Paşinyan, Xaçaturyan və digərlərinin əmlakını YOXLAYACAQbackend

Ermənistan MTN Paşinyan, Xaçaturyan və digərlərinin əmlakını YOXLAYACAQ

MTN Ermənistan dövlət məmurlarının, o cümlədən Paşinyan, Simonyan və digərlərinin əmlakını yoxlayacaq.

KONKRET.az xəbər  verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır. Əmlakı yoxlanılmalı olan məmurların siyahısına baş nazir, baş nazirin müavinləri, prezident, spiker, deputatlar və s.

Korrupsiyaya Qarşı Mübarizə Komissiyası bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Qəzet yazır ki, “Çətin Əməliyyat Qrupu məmurların bəyan edilməmiş biznes, daşınar və daşınmaz əmlakının olub-olmadığını yoxlamalıdır”.

Nəşrin yazdığına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən Baş nazir, Baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və s. var.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*