Ermənistan müdafiə naziri Suren Papikyan MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Tulaya getməyib.
KONKRET.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Aram Torosyanın sözlərinə görə, “Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Tulada keçirilən iclasında Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi barədə məlumat yayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
