Ermənistan ordusunun SON ÜMİDİ: Qadınlara döyüş atıcılığı təlimləri keçilir – VİDEObackend

Ermənistan ordusunun SON ÜMİDİ: Qadınlara döyüş atıcılığı təlimləri keçilir - VİDEO

Ermənistan qadınların ümidinə qalıb. Qadınlara və hərbi xidmətdə olmayanlara təlimlər keçilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik hərbi xidməti başa vurmamış vətəndaşlar üçün döyüş atıcılığı kursları təşkil edir.

Qeyd olunur ki, kurslarda döyüş atıcılığı üzrə nəzəri və praktiki təlimlər keçirilir.

“Kurslara qeydiyyatın birinci mərhələsi İrəvan sakinləri üçün oktyabrın 17-dən oktyabrın 30-dək aparılacaq. Qadınlara üstünlük verilir. Növbəti mərhələlərdə müxtəlif regionlarda kurslar təşkil olunacaq.

Kurslar pulsuzdur və şənbə və bazar günləri keçirilir. İştirakçılar yeməklə təmin olunacaqlar”, – deyə məlumatda bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*