Ermənistan parlamentində əlbəyaxa DAVA – VİDEObackend

Ermənistan parlamentində əlbəyaxa DAVA - VİDEO

Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bir müddət əvvəl “Ermənistan” blokunun deputatı Artur Sarkisyan parlamentin tribunasından hakim Armen Danielyanın seçilməsi məsələsi ilə bağlı çıxış edib

“Siz mənə gözünüzlə görmədən həbs qərarı verən hakimsiniz”, – o deyib.

Bu zaman zaldan replikalar eşidilib, daha sonra dava başlayıb.

Sessiyaya 20 dəqiqəlik fasilə verilib. Jurnalistlər kimin kimi vurduğunun məlum olmadığını qeyd ediblər.

“Bizə məlumat verdilər ki, replikanı zaldan Ovik Ağazaryan deyib. Artur Sarkisyan çıxışını bitirdikdən sonra Ovik Ağazaryanın yanına gedib və dava da bundan başladı”, – jurnalistlər bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*