Ermənistan tərəfi mövqelərimizi ATƏŞƏ TUTDUbackend

Ermənistan tərəfi mövqelərimizi ATƏŞƏ TUTDU

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

  • Namiq
    Mart 24, 2023 - 22:37

    Qarabağ ərazisində qeyri-qanunu erməni silahlıları mövqelərimizə atəş açırsa -adekvat cavab, susdurma yox, həmin qeyri-qanuni silahlı mövqe darmadağın edilməlidir. Bura ki, Azərbaycan ərazisidir, bu lüzumsuz tərəddüd nəyə lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*