Ermənistan üçün YENİ BLOKADA – “İrəvan prosesləri tormozlamaq istəyir”backend

Ermənistan üçün YENİ BLOKADA - "İrəvan prosesləri tormozlamaq istəyir"

“Rusiya KİV-lərinin qeyd etdiyinə görə, Ermənistan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsindən kənarda qala bilər. Zatən Ermənistan bu gün regiondakı bütün meqalayihələrdən kənardadır. Bu həm nəqliyyat yükdaşımaları, həm də neft-qaz layihələrinə aiddir”.

KONKRET.az-a özəl açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan yürütdüyü siyasətlə Ermənistanı regional proseslərdən kənarda saxlamağı bacarıb. Ermənistan düşdüyü çətin durumun fərqindədir:

“Eyni zamanda, Ermənistanın ən geniş quru sərhədləri Azərbaycan və Türkiyə ilədir. Bu sərhədlər hazırda bağlı vəziyyətdədir. Çünki İrəvan əsassız ərazi iddialarından əl çəkmir, bölgədə sülh və təhlükəsizliyə təhdid törədir. Digər tərəfdən, hazırda Ermənistan üçün də yaxşı perspektivlər formalaşıb. Zəngəzur dəhlizinin açılması həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm element ola bilər. Lakin Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edir”.

Ermənilərin dəhliz ideyasını inkar etməsinə rəğmən, Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqda israrlıdır. Yəni Zəngəzur yolu yox, dəhlizi açılmalıdır. Kremlin nəzərdə tutduğu Şimal-Cənub nəqliyyat dəhlizi isə İran-Azərbaycan-Rusiya marşrutunu nəzərdə tutur. Politoloqun fikrincə, Ermənistanın bu layihəyə heç bir qarışacağı yoxdur. Zəngəzur dəhlizi digər layihələr (Şimal-Cənub, Şərq-Qərb) arasında bağlayıcı funksiyasını oynaya bilər. Hind okeanından Şimal Buzlu, uzaq Şərqdən Qərbə qədər iqtisadi əlaqələr güclənər:

“Lakin Ermənistan prosesləri tormozlamaq niyyəti güdür. Rusiya isə bu proseslərdə sürətli davranışların tərəfdarıdır. Ona görə də Rusiyanın səsləndirdiyi fikirlər Ermənistanı yenidən blokadaya salmaq niyyətini güdür və İrəvanı rasional davranmağa təşviq edir”.

Blokadadakı Ermənistanı çökdürməyin açarı isə Rusiyadadır. Bunda əmin olmaq üçün Moskva bazarlarında təkcə erməni əriyinə qoyulan qadağa və İrəvanda yaranmış vay-şivəni xatırlamaq kifayətdir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*