“Ermənistan Ukrayna yolunu seçib və inadla sonunu yaxınlaşdırır”backend

"Ermənistan Ukrayna yolunu seçib və inadla sonunu yaxınlaşdırır"

Ermənistan hakimiyyəti öz ölkəsini Qərbə bir addım da yaxınlaşdırıb. Bunun faydası olacaqmı? Çətin ki olsun!

İrəvan hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə Qərbdən çox fayda əldə edəcək. Əlbəttə, gör nə qədər nihilist və reallığı görməyəsən ki, belə yanlış addımlar atasan.

Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan sonunu gözləyən ölkəyə çevrilib. Və bunun da əsas günahkarı kimi Rusiya ittiham edilir. İrəvan öz taleyi üçün məsuliyyəti həmişə Rusiyanın üzərinə qoyub.

Ona görə də indi bütün uğursuzluqlarının səbəbkarı kimi Moskva günahlandırılır. Canına birə düşən Nikol və onun komandası problemlərin həllini öz üzərlərinə götürmək xahişi ilə Avropa İttifaqı ölkələrini qapı-qapı gəzir.

Ermənistan Qərbə sadiqliyini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxır, paralel olaraq hərbi cinayətlər və soyqırım törətməkdə ittiham etdiyi Azərbaycan və Türkiyəni bölgədə böyük təhdid kimi qələmə verməyə çalışır. İrəvan hazırladığı planının baş tutacağına arxayın görünür.

Rusiyalı ekspertlər hesab edir ki, bu, heç də belə deyil. Ermənistanın azca da olsa, şans yoxdur. Ermənistan Roma Statunu ratifikasiya etməklə Avropa Birliyinə üzv olmağa tələsir. Ancaq İrəvan hələ də avropalı dostlarından heç bir ciddi dividend almayıb. Çünki Qərb ancaq Azərbaycanın “təcavüzünü” pisləməklə məhdudlaşır. Fransa da xüsusiyyətləri böyük suallar doğuran zirehli texnika partiyasını təhvil verməklə erməni diasporunu razı salmağa cəhd edib.

Rus propaqandaçıların dediyi kimi, Rusiya ilə potensial dostluğu itirməyə dəyərdimi? Putin administrasiyasının cavabı bəllidir: Əlbəttə, yox. Amma Ermənistanda insanlar bunu ancaq zamanla başa düşəcəklər.

“Rəsmi İrəvanın son hərəkətləri açıq-aşkar anti-Rusiya xarakteri daşıyır və hər şey onun KTMT-dən çıxmasına doğru gedir, bundan sonra Ermənistanın təhlükəsizliyi yalnız NATO ölkələri ilə razılaşmaları ilə təmin olunacaq.

Ukrayna yolunu seçən Ermənistan inadla öz sonuna doğru irəliləyir. O, Bakının bütün tələblərini könüllü yerinə yetirməsə, sonu qanlı olacaq. Ancaq bu, onun seçimidir”, – deyə hərbi blogger Yuri Podolyak vurğulayıb.

Bu fikirlə razılaşmamaq olmur. Rusiya təəssüf edir ki, uzun illər ortaq tarixlə bir-birinə bağlı olan ölkə bu gün ondan üz döndərir. Nikol və komandası başqalarının səhvlərindən dərs almaq istəmir, bu da o deməkdir ki, böyükmiqyaslı səhv buraxmağa az qalıb. Ən pisi isə odur ki, hakimiyyətdəkilərin səhvlərinin əvəzini sadə insanlar ödəyəcək.

KONKRET.az-ın ANALİTİK QRUPU

Qeyd: “Krılya imperii” analitik səhifəsindən istifadə edilib.

  • Tahir
    Noyabr 19, 2023 - 13:33

    Paşinyan köpəyoğlu ermənidir, düşməndir burası məlum və mən şəxsən buna sevinirəm. İtin dişi, donuzun dərisi. Paşinyan kopəkoğlu əcəb edib Rusiyaya naxələflik edib və edir –qoy Rusiya narahat olsun bizə nə? Paşinyan qanın qanmayıb bizə müharibə üçün ən məqbul bəhanə verdi və biz torpaqlarımızı azad etdik. İndi anlamıram ki, niyə biz də Rusiya propaqandaçıları kimi davranırıq — anlamıram. Yəni Paşinyanı söymək üçün min dənə imkan var amma bu platformada niyə?

  • Tahir
    Noyabr 20, 2023 - 09:46

    Şəkildəki Yuri yox Mixail Podolyakdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*