Rusiya Moskvada və digər ölkələrdə keçirilən çoxtərəfli tədbirlər çərçivəsində Ermənistan və Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər göndərib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Bakı bizə həmişə danışıqlara hazır olduqlarını təsdiqləyib. Təəssüf ki, eyni şeyi erməni tərəfdaşlarımız haqqında deyə bilmərik. Ola bilsin ki, onlar Parisdən, Vaşinqtondan, Brüsseldən olan yeni məsləhətçilərinin daha maraqlı, daha yaxşı, daha təsirli bir şey təklif edə biləcəklərinə inanırlar”, – deyə Zaxarova qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
