Ermənistanda 1 hərbçi öldü, 4-ü xəstəxanaya yerləşdirildi – SƏBƏBİ BUDURbackend

Ermənistanda 1 hərbçi öldü, 4-ü xəstəxanaya yerləşdirildi – SƏBƏBİ BUDUR

Ermənistanın Zəngəzur (Sünik) rayonunda Müdafiə Nazirliyinin “KamAZ”ı qəzaya düşüb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvan-Meğri avtomobil yolunda naməlum şəraitdə Ermənistan Müdafiə Nazirliyinə məxsus olan “KamAZ” maşını “Mercedes” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində müqaviləli hərbi qulluqçulardan 1 nəfər yerindəcə ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Polis sürücülərin, ölənin və yaralıların kimliyini müəyyənləşdirir.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*