Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir – Erməni KİVbackend

Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir - Erməni KİV

Naxçıvanı Azərbaycanla birləşdirəcək yolun tikintisinə hazırlıq gedir.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Meğri şəhərinin meri Mxtitar Zakaryana istinadla xəbər yayıb.

Bildirilir ki, artıq “Cənubi Qafqaz dəmir yolları” ASC-nin əməkdaşları rusiyalı sərhədçilərlə birlikdə Meğriyə gediblər və ərazini öyrəniblər.

“Dedilər ki, bu perspektivli məsələdir, hazırda konkret heç nə yoxdur, ancaq söhbət dəmir yolundan gedir. Gəldilər, öyrəndilər və getdilər”, – deyə şəhər meri əlavə edib.

Qeyd edək ki, “Cənubi Qafqaz dəmir yolları” ASC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*