Ermənistandan 80 kq heroin keçirən İran vətəndaşı Gürcüstanda SAXLANILDIbackend

Ermənistandan 80 kq heroin keçirən İran vətəndaşı Gürcüstanda SAXLANILDI

Ermənistandan Gürcüstana qaçaqmalçılıq yolu ilə 80 kq heroin keçirən İran vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik İran vətəndaşının qanunsuz idxal, xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə saxlanıldığını açıqlayıb.

Hüquq-mühafizə orqanları Poti limanında 80 kq-a qədər heroin müsadirə ediblər. Narkotiklər yük maşınının gizli yerində aşkar edilib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla, Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya külli miqdarda narkotik vasitə keçirmək niyyətində olub. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib, həmin vaxt saxlanılıb”, – Daxili İşlər Nazirliyindən bildiriblər.

Saxlanılan şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*