7825 nəfər Qarabağ ermənisi Ermənistanı tərk edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək 13 619 vətəndaş Ermənistanı tərk edib, onlardan yalnız 5 794-ü geri qayıdıb.
Hökumət bildirib ki, Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi gündəmdədir. Onlara yaşayış binasının tikintisinə köməklik, ev və ya mənzil almaqda dəstək nəzərdə tutulub. Artıq Ermənistanda 8277 nəfər mənzillə təmin olunub.
Natiq Səlim,
KONKRET.az
