Ermənistanın müdafiə naziri Suren Papikyan sabiq həmkarı Arşak Karapetyanın iddiasını rədd edib.
KONKRET.az xəbər verir ki, sabiq müdafiə naziri Arşak Karapetyan belə bir iddia ilə çıxış edib ki, cəbhə xəttində əsgərlərə atəş açmamaq əmri verilib.
Hərbçilərin hansı hərəkətləri həyata keçirməsi sualına Papikyan cavab verib ki, əsgərlər Müdafiə Nazirliyindən alınan təlimata uyğun hərəkət edirlər.
Papikyan digər suallara cavab vermək istəməyib.
Natiq Səlim,
KONKRET.az
