“ABŞ kəşfiyyatının Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı illik qiymətləndirilməni əks etdirən hesabatı dərc olunub”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Sergey Melkonyan öz Telegram kanalında yazıb.
O, hesabatın kiçik xülasəsini verib:
- Ermənistanla Azərbaycan arasında gərginlik qalacaq.
- 2024-cü ildə Ermənistan və Azərbaycan arasında mümkün münaqişə qısamüddətli və məhdud intensivliyə malik ola bilər.
- Yeni münaqişə riskini artıran amillər atəşkəs mexanizminin və sülh müqaviləsinin olmamasıdır.
- “Azərbaycanın dəhliz əldə etmək istəyi hərbi gücdən istifadə riskini artırır.
Nəticələr:
- Azərbaycan Ermənistana qarşı güc tətbiq edəcək. Təhlükəsizlik zəmanətləri məhdud eskalasiya üçün çəkindirici mexanizm deyil.
- Xarici aktorlardan kəskin reaksiya olmasa, Bakı dəhlizi mümkün qədər tez yarmağa çalışacaq”.
Natiq Səlim,
KONKRET.az
