backend

Əsgərin güllələmək istədiyi starşina tutuldu

Ermənistanın İstintaq Komitəsi əsgər Volodya Qaloyanın Azərbaycanın Qarabağ bölgəsində özünü öldürməsi ilə bağlı yeni məlumat yayıb.

Volodya Qaloyan iyulun 23-ü gecə saat 11 radələrində postda starşinaya avtomatla atəş açıb, ancaq onu öldürə bilməyib və silahını götürərək postdan qaçıb.

Əsgərin meyiti iyulun 24-ü səhər postdan 50 metr aralıda tapılıb. Onun özünü güllələdiyi açıqlanıb.

İyulun 25-də İstintaq Komitəsi əsgərin güllələmək istədiyi starşinanın tutulduğunu bəyan edib. Cinayət işi zorakılıq motivləri ilə araşdırılır. Starşinanın əsgəri zorakılığa məruz qoyaraq özünü öldürmə həddinə çatdırdığı ehtimal olunur.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*