Etibar Əliyev: “Məmurlar təhsili gəlir mənbəyinə çeviriblər”backend

Etibar Əliyev: “Məmurlar təhsili gəlir mənbəyinə çeviriblər”

“Facebookda oxudum ki, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Bu pul yığmaq mərkəzi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili Etibar Əliyev deyib. O daha sonra fikrini belə davam etdirib:

“Bizdə belədir: Yüksək vəzifə tutan məmurların bir qismi  çox hiyləgər olurlar. Məsələn, yoldaş Qaraşov kimi.

Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. İllik təhsil haqqı 10-15min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir.  Bunun üçün sadə bir təhlil aparmaq yetərlidir…

İndi siz Qaraşovun nüfuzuna diqqət edin: Tədbirdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin Elm  və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqa tanınmış isimlər iştirak ediblər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*