ETSN media nümayəndələri ilə yeni layihəyə start verdibackend

ETSN media nümayəndələri ilə yeni layihəyə start verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) media nümayəndələri ilə birgə yeni layihəyə start verib.

KONKRET.az-ın məlumatına görə, layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub.

Bu görüşlər nazirliyin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək. Jurnalistlər onları maraqlandıran suallara cavab alacaq, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanacaq.

Layihə çərçivəsində bu gün Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağına mediatur təşkil edilib.

Jurnalistlər bağda bir neçə il əvvəl əkilən və hazırda bar verən ağaclara qulluq edəcək, məhsul yığacaq.

Mediatur çərçivəsində həmçinin ETSN-in rəhbər şəxsləri ictimaiyyəti maraqlandıran suallara cavablandlracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*