Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının VAXTI AÇIQLANDIbackend

Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının VAXTI AÇIQLANDI

Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.

Bu barədə KONKRET.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, 14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı

– Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

5 may 2024-cü il tarixində isə aşağıda qeyd olunan imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı

– Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

Qeyd olunub ki, DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

  • Nicat
    Yanvar 9, 2024 - 11:04

    Salam. Ötən illərin məzunları kollece imtahan üçün nece qeydiyyatdan keçe bilerler

Nicat üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*