Ermənistanda baş verən siyasi gərginlik erməni cəmiyyətinin bütün təbəqələrində açıq-aydın hiss olunur. Müxalifət liderlərinin revanişst bəyanatları, baş nazir Nikol Paşinyanın bir-birinə zidd fikirləri, sülh müqaviləsindən yayınma cəhdi Ermənistanda siyasi ab-havaya mənfi təsir edir. 4 il əvvəlki məğlubiyyətlərini qəbul edə bilməyən erməni cəmiyyətinin hakimiyyətə basqısı fonunda baş verən bu amillər, Ermənistanı çətin duruma salıb. Paşinyanın Ermənistanın əvvəlki prezidentlərini debata çağırması yeni qarşıdurmanın əsasını qoydu və tərəflər bir-birilərini qarşılıqlı ittiham etməyə başladılar.
Əvvəlcə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Paşinyana cavab verdi və onu Qarabağı təhvil verməkdə günahlandırdı. Baş nazirlə bağlı xoşagəlməz ifadələr işlədən keçmiş prezident onunla debata çıxmağı mənasız adlandırdı. Bütün hadisələr isə məhz bundan sonra başladı. 31 il əvvəl bir qrup hərbçinin işrirakı ilə keçirilən toplantıda çıxış edən Levon Ter-Petrosyanın videosu yayıldı. Bu görüntülər uzun müddət ictimaiyyətdən gizlədilsə də onun internetdə yayılması əməlli-başlı gündəmi dəyişdi. Məhz həmin çıxışında faşist ideologiyasının daşıyıcısı azərbaycanlıların etnik təmizlənməsindən danışır. Ter-Petrosyanın 31 il əvvəlki çıxışı Azərbaycanda da geniş əks-səda yaradıb. Onun hüquqi tərəfləri araşdırılır və təhlil olunur.
Məsələnin hüquqi tərəfi ilə bağlı istefada olan ədlyyə polkovniki İlham Məmmədov KONKRET.az-a açıqlamasında Levon Ter-Petrosyanın bu çıxışını Hitlerin çıxışı ilə müqayisə edib: “3 yanvar 2025-ci ildə Albert İsakov adlı bloqer Ermənistanın birinci prezidenti Levon Ter-Petrsyanın 23.07.1993-cü ildə güc strukturlarının nümayəndələri ilə kecirdiyi görüşün videgörüntüsünü paylaşdı. Erməni dilində danışan prezidentin cıxışını bloqer rus dilinə sinxron tərcümə edərək, tədbirdə səslənən fikirlərlə bağlı öz düşüncələrini bölüşür.
Acığı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş cinayətlərin istintaq qrupuna rəhbərlik edən, beynəlxalq polis təşkilatı- İnterpolun konfranslarında, yaradılmış işci qrupun fəaliyyətində dəfələrlə müzakirəyə təqdim edən hüquqşunas kimi, bu materialın əlimizdə olmadığından çox heyfsiləndim.
Videorolikə dəfələrlə baxmışam. Orada əyləşmiş şəxslər erməni faşizminin mahiyyətini nümayiş etdirir. Sadəcə zala yiğışmış, hələ əllərindən və paltarlarından minlərlə azərbaycanlı qanının iyi-qoxu sorulmamış cəlladların, fyurerinə-onun insanlıq əleyhinə yönəlmiş cinayətlərin törədilməsinin tarixi motivasiyasının əsaslandırılmasına necə diqqət və qayğı ilə dinləmələri, onların əməllərinin nədən ibarət olmasına kifayət qədər aydınlıq gətirir. Fyurer-Ter-Petrosyanın onlara müraciətlə-“qardaşlarım” deməsi Ermənistan prezidentinin bu cəlladlarla mənəvi və ideologi birliyinin emosional nümayişidir.
Birliyin məqsədi və kecdiyi yolları analiz edərək, Ter-Petrosyan 1988-ci ildə İrəvanda mitinqdə hərbi dəstələrin yaradılmasına cağırışların olduğunu, bunun Qarabağa kecdiyini, sonra Gürcüstana, Baltikyani respublikalara, və nəhayət, zalda əyləşənlərin Sovet İttifaqının dağılmasını təmin etmələrini, 5 ildə erməni hərəkatının ordunu formalaşdırdığnı, müstəqillikdən əvvəl təcrübə topladıqlarını, erməni xalqının 600 illik problemi həll etdiyini, Ermənistan və Qarabağı digər millətlərdən təmizlədiklərini,170 min azərbaycanlının Ermənistandan qovduqlarını, Azərbaycanda yaşayan soydaşlarının problemlərinin həll etdiklərini, Azərbaycan ərazilərini zəbt etdiklərini, “Miatsum” hərəkatının mahiyyətini, Qarabağın isə zəbt edildikdən sonra boş danışıqlarla illərlə uzadılmasını acıq-aydın bəyan edir.
Ter-Petrosyan elə oradaca “dostlarını” Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərini işğal etməsi münasibəti ilə “muştuluqlayır”.
Cıxışdan sonra, Vazgen Sarkisyan prezidentin səmimi fikirlərinin hansı nəticələrə səbəb olacağından eytiyatlanaraq, bu barədə informasiyanın yayılmaması müraciətini edir”.
Beləliklə, ilkin nəticələr nədir?
1-ci. Ter-Petrosyan etiraf edir ki, mənsub olduğu siyasi hərəkatın məqsədi, erməni xalqının ideoloqiyasının öz müstəqil dövlətinin qurulmasını yalnız digər xalqların yaşadıqları ərazilərdən qovub, təmizlədikdən sonra mümkündür.
2-ci. Ermənilərin digər ölkələrdə yaşamaları bu işin əngəllənməsinə xidmət etdiyindən, onların həmin ərazilərdən cıxarılması, Ermənistana yerləşdirilməsi, gələcəkdə saylarının artması erməni dövlətinin möhkəmləndirilməsinə xidmət edir.
3-cü. Ermənistanın Qarabağı faktiki idarə etməsi, beynəlxalq təşkilatlarda isə bu məsələnin danışıqlar imitasiyası yaradıb, “zərqər” dəqiqliyilə əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq.
4-cü. 80-ci illərdə yaradılmış hərbi və siyasi qüvvələrin “əməyi” nəticəsində bu məqsədlər reallaşdırılmışdır.
Bu etiraflar 1988-ci ilin fevralında Sumqayit, 1990-cı ilin yanvarında Bakı hadisələrinin də köklərinin araşdırılmasına aydınlıq gətirir. Ter-Petrosyanın bu fikirlərinin leqal hissəsi, Qarabağın Ermənistana birləşməsi, 23 avqust 1990-cı ildə imzaladığı, erməni dövlətinin fundamental prinsiplərini əks etdirən Müstəqillik Bəyannaməsi, 1995-ci ildə qəbul edilmiş Konstitusiyasinın preambulasında öz əksini tapmışdır. Müasir insan hüquqları ideyasının məzmunu Nürenberq prosesində nasist rəhbərliyinə qarşı kecirilmiş prosesdən sonra Birləşmiş Millətlərin Nizamnaməsində bəyan edilmiş və sonra qəbul edilmiş Konvensiyalarda öz əksini tapmışdır. Siyasi ideya kimi fərdi hüquqlar təbii insan hüquqlarına əsaslanır və bu hüquqlara hörmət edildikdə cəmiyyət sağlam hesab olunur. 1948-ci ildə Genosid cınayətinin qarşısının alınması və cəzalandırılması haqqnda Konvensiya qəbul edilərkən, insan hüquqları sahəsində inqlabi fundamental hüquq nəzəriyyəsi formalaşdı. Siyasətcilərin daha məhsuliyyətli, qanuna hörmət və ehtiramla davranmalarına dair ümidlər yarandı. Əfsuslar ki, belə olmadı. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı, 1995-ci ildə Serebrennisada, Ruanda da və s. yerlərdə bu Konvensiya və digər beyhəlxalq humanitar hüququ formalaşdıran qanunlar pozuldu. Beynəlxalq hüquq ictimayyəti bir necə tribunalların yaradılıb, cinayətkarların cəzalanmasına nail oldu. Lakin Cənubi Qafqazda törədilmiş beynəlxalq cinayətlər insanlıq qarşısında mənəvi borc kimi hələ tam olaraq araşdırılmayıb. Erməni dövlətinin faşist ideoloqiyası əsasında qurulması faktdır. Ötən ilin may ayında Paşinyan mif və real Ermənistan ideoloqiyası barədə düşüncələrini bölüşdü. Lakin Ter-Petrosyanın məktəbinin yetişməsi olaraq o, imitasiya bacarığını ustalıqla nümayiş etdirməyi bacarır. Mərhum professor Rövşən Mustafayevin təbiri ilə desək, ermənilik məsələsində, əvvəlcədən məntiqsizlik, simmetrisizlik, asosiallıq yer tutmuşdur.
Bir necə gün əvvəl yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev də Ermənistanın faşist ideoloqiyasından əziyyət çəkdiyini bildirdi.Cənab Prezident qeyd etdi ki, Ermənistan faşist ideologiyasından əl çəkməlidir”.
Hüquqşünas daha sonra əlavə edib ki, beynəlxalq hüquq Levon Ter-Petrosyanın bu fikirlərinin tam əksini nəzərdə tutur. Bu fikirlərin və həqiqətlərin üzə cıxarılmasında, görünür işlər coxdur. “ Ter-Petrosyanın bu cıxışı onun təcavüzkar müharibənin planlaşdırması, aparması, soyqırımı, əhalinin deportasiya etmə və məcburi köcürməsi, yəni əhalinin qanuni yerləşdiyi məkanlardan başqa ölkəyə qovma və digər məcburi hərəkətlərlə didərgin salma, müharibə cinayətlərinin törədilməsini sübut edir. Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun, cinayət təqibinin başlanılıb istintaq aparılmasına kifayət qədər əsaslar yaradır”.
Vəli Həsənoğlu,
KONKRET.az