Sumqayıtda ağır qəza: Ölən varbackend

Sumqayıtda ağır qəza: Ölən var

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan Əliyev Samir Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*