Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
KONKRET.az xəbər verir ki, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov final görüşünə çıxıb.
Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olub. Rəqibinə finalda məğlub olan Olimpiya çempionumuz gümüş medalla kifayətlənib. Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.
