FIFA azərbaycanlı qapıçının iddiasını təmin etdi – FOTOLARbackend

FIFA azərbaycanlı qapıçının iddiasını təmin etdi - FOTOLAR

FIFA-nın Mübahisələrin Həlli Palatası Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubuna qarşı işi üzrə qərarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, E. Balayevin iddia tələbi, demək olar, bütünlüklə qəbul edilib:

“FIFA-nın qərarına əsasən, “Turan” klubu tərəfindən yığma üzvünə kompensasiya ödənilməlidir”.

Qeyd edək ki, Emil Balayev 2022-ci ildə “Turan”ın formasını geyinib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*