Finlandiya Rusiya ilə sərhəddə fiziki maneələr quraşdıracaqbackend

Finlandiya Rusiya ilə sərhəddə fiziki maneələr quraşdıracaq

Finlandiya Rusiya ilə arasındakı sərhəd məntəqələrində hasarlar quraşdıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Xidməti məlumat yayıb.

Bildirilir ki, Finlandiya Sərhəd Mühafizəsi noyabrın 18-də saat 00:00-dan etibarən ölkənin cənub-şərqində dörd keçidi bağlayacaq.

“Sərhəd keçidlərini bağlamaq üçün fiziki maneələr və bloklayıcı qurğulardan istifadə olunacaq”, – məlumatda deyilir.

Sərhəd Xidməti keçid üçün ölkənin şərq sərhədindəki digər açıq buraxılış məntəqələrindən istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, noyabrın 16-da Finlandiyanın baş naziri Petteri Orpo qaçqınlarla bağlı vəziyyətlə əlaqədar Rusiya ilə sərhəddə dörd sərhəd keçid məntəqəsinin bağlandığını bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*