“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlandı – FOTOLARbackend

“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlandı - FOTOLAR

“France 24” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb.

KONKRET.az-ın məlumatına görə, verilişdə bildirilib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra problemlərlə üzləşdiyi və çalxalandığı bir vaxtda Azərbaycan 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş qətliamın 29-cu ildönümünü qeyd edir. Düşmən üzərində qələbədən sonra qətliam qurbanlarının xatirəsinin anımı xüsusi məna daşıyır.

Verilişdə “France 24”ün jurnalistinin qətliamın acılarını yaşamış Xocalı sakini Mehriban xanımın evində olduğu və onun ermənilər tərəfindən mülki insanlara qarşı törədilmiş qəddarıq barədə danışdığı diqqətə çatdırılıb.

Xocalı soyqırımının 29-cu ildönümü günü Bakıda şəhər sakinlərinin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək, gül-çiçək dəstələri qoyduqları qeyd edilib.

Verilişdə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınmasının önəmini bildirib.

Həmçinin verilişdə baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistanda etiraz dalğasının səngimədiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin “əgər Ermənistan əldə olunmuş razılığa riayət etməsə, o zaman özünü daha çətin vəziyyətə salacaq” fikri səsləndirilib. (qafqazinfo)

 






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*