Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında qərarın qəbul edilməsi üçün komissiya yaradılıb.
Milli Məclisin bir qrup deputatı komissiyanın tərkibinə daxil edilib.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov qərarın mətnini oxuyub.
Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb.
Avronest Parlment Assambleyasınında üzvlüyünə xitam verilməsi ilə bağlı proses başladılacaq.
Qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq yekdilliklə qəbul edilib.
***
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib./yenisabah
