Fransada məscidin divarına bunu yazdılarbackend

Fransada məscidin divarına bunu yazdılar

Fransada tikintisi davam edən Əyyub Sultan məscidinin divarına İslam əleyhinə yazı yazılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Strasburq şəhərində baş verib.

“İslama yox. Ölkənizə dönün”, – yazıda bildirilib.

Qeyd edək ki, sözügedən məscidin tikintisi tamamlandıqda Avropanın ən böyük məscidi olacaq.

Osmanlı memarlıq məktəbi üslubunda inşa edilən, üç min nəfərlik məscid, konfrans salonları, məktəb, kitabxana, müəllimlər otağı, restoran və butiklərin də yerləşəcəyi kompleksin 600 maşın tutumu olan avtodayanacağı və velosiped parkinqi də olması nəzərdə tutulub. qafqazinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*