Fuad Muradov məhkəmə qarşısına çıxarılacaqbackend

Fuad Muradov məhkəmə qarşısına çıxarılacaq

Özünü Milli Fədailər Hərəkatının lideri kimi təqdim edən Fuad Muradov gənc şairə Şahinə Könülü intihar həddinə çatdırıb.

KONKRET.az xəbər verir ki bu barədə məlumatı “Azadlıq qəzeti” yayıb:

“Fuad Muradov öz feysbuk hesabında gənc şairənin şərəf və ləyaqətini alçaldan status yazıb. Bu azmış kimi statusun şərh bölümündə daha kəskin təhqirlərə yol verib və heç bir əndazəyə sığmayan, Azərbaycan kişisinə yaraşmayan mövqe sərgiləyib. Üstəlik daha bir neçə feysbuk hesabında eyni məzmunlu paylaşımlar təşkil etdirib.

Şahinə Könül isə status yazaraq canlı yayıma çıxacağını və intihar edəcəyini bildirib. O, feysbuk hesabından canlı yayıma başladıqdan bir müddət sonra Ağstafa Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı evə daxil olub və onların arasındakı söhbətin bir hissəsi canlı yayıma düşüb. Həmin hissədə nə baş verdiyini soruşan polis əməkdaşına Şahinə Könül kimlərin tərəfindən əxlaqsız kampaniyaya məruz qaldığını deyib.”

Şahinə Könül BAXAR.AZ-a deyib ki, Fuad Muradov onun şərəf və ləyaqətini alçaltdığı üçün onu məhkəməyə verəcək:

“Polislər gələnə qədər hadisə ilə bağlı canlı yayımda danışdım. Fuad Muradov məni intihar həddinə çatdırdı. Evimizə polislər gəldi, izahatımı aldı. Öz izahatımda baş verən bütün məsələləri yazdım, elə, Fuad Muradovun da adını yazdım. O, mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yaydı. Buna görə onu məhkəməyə verəcəm. Qeyd edim ki, mən heç bir siyasi partiya, təşkilat üzvü də deyiləm.

Eyni zamanda, MCP-nin Qazax Rayon Təşkilatının sədri İlham Musayev də məni təhqir edib, intihar etməyimə səbəb olub. Onu da məhkəməyə verəcəm.”

Məsələ ilə bağlı məqalədə adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*