Yaponiyanın baş naziri Fumio Kişida qalmaqala görə hakim Liberal Demokrat Partiyasında (LDP) Koçikay fraksiyasının rəhbəri vəzifəsindən istefa vermək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə dekabrın 7-də Kyodo agentliyi məlumat yayıb.
Kişida deyib: “Mən partiyanın siyasi vəzifələrini yerinə yetirməkdə və ictimai etimadın bərpası istiqamətində səylərdə liderlik edəcəyəm”.
O əlavə edib ki, baş nazir olduğu müddətdə öz fraksiyasını tərk edəcək və ona yaxın mənbələr qrupun rəhbər vəzifəsinin hələlik boş qalacağını bildirib.
Qeyd edək ki, bu yaxınlarda LDP-nin beş fraksiyası maliyyə vəsaitlərinin toplanmasından əldə etdikləri gəlirlərlə bağlı qalmaqallı hesabat verib.
Yeri gəlmişkən, Yaponiya hökumətinin reytinqi 24%-ə düşüb ki, bu da ölkədə rekord hədd hesab olunur. Reytinqlərin aşağı düşməsi aparıcı siyasətçilərin ardıcıl istefaları və hökumətin yarıtmaz iqtisadi tədbirləri ilə sıx bağlıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az