Gecə klubunda yanğın – Ölən və yaralananlar varbackend

Gecə klubunda yanğın - Ölən və yaralananlar var

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində əyləncə məkanında yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda Mursiya Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, ilkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Açıqlamada ölənlərin 22-45 yaşları arasında olduğu bildirilir.

Mursiya meri Xose Ballesta İspaniya mətbuatına verdiyi açıqlamada yanğının səbəbinin hələ müəyyən edilmədiyini qeyd edib.

Hadisə şahidləri bildiriblər ki, məkanda ad günü şənliyi keçirilib və içəridə qəfil alov yaranıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*