Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
***
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
