“Google” öz prosessorlarını hazırlayacaqbackend

“Google” öz prosessorlarını hazırlayacaq

“Google” özünün prosessorunda işləyən smartfon və noutbuklar istehsal etməyə hazırlaşır.

Bu barədə “Axios” nəşrinə şirkət daxilindəki mənbə məlumat verilib.

Bildirilir ki, prosessor 2021-ci ildə hazır ola bilər. İnsayderlərin məlumatına əsasən, bu addım Amerika şirkətinə “Apple”la daha yaxşı rəqabət aparmağa kömək edəcək.

Bununla yanaşı, “Google” özünün aktual devayslarında istifadə etdiyi “Qualcomm” şirkətinin məhsullarından imtina edəcək.

Mənbə qeyd edib ki, gələcək prosessora “Whitechapel” kod adı verilib və o, “Samsung” şirkəti ilə birlikdə 5-nanometrli texprosessoru əsasında hazırlanacaq. Proqnozlara əsasən, prosessorlar 2021-ci ildə “Pixel” smartfonlarında istifadə olunacaq, gələcəkdə isə “Chromebook” noutbuklarının komplektləşdirməsinə daxil ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*