Göyçayda yaşayış ərazisini su basdı – VİDEObackend

Göyçayda yaşayış ərazisini su basdı - VİDEO

Göyçay şəhərində “Salyanstroy” ərazisi kimi tanınan Mehdi Hüseynzadə küçəsində yaşayış məntəqəsinin ərazisini su basıb.

KONKRET.az xəbər verir ki, bu barədə Metbuat.az-ın bölgə müxbirinə yerli sakinlər bildiriblər.

Onların sözlərinə görə, mövcud problem bir neçə gündür az miqdarda su daşması ilə başlayıb. Lakin, yaşayış massivinin yaxınlığından keçən su arxının sonradan zibil tullantıları ilə tamamilə tutulması böyük gölməçənin yaranmasına səbəb olub. Ümumilikdə isə sözügedən ərazidə 100-dən çox ailənin yaşadığı bildirilir. Bu problem istər piyadaların, istərsə də avtomobillərin hərəkət etmələrində bir sıra çətinliklərə səbəb olur.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Göyçay Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində, “Salyanstroy” ərazisi kimi tanınan yaşayış massivində baş vermiş su basması ilə bağlı müraciət əsasında əraziyə operativ baxış keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, suyun mənbəyini Göyçay çayından götürən şəhərdaxili Qəzyan suvarma arxına vətəndaşlar tərəfindən atılmış məişət tullantıları arxın suötürücülüyünə maneə yaratmış, nəticədə suyun səviyyəsinin yüksəlməsi və ətraf əraziyə suyun çıxması baş verib. Yaranmış problemin aradan qaldırılması məqsədilə tərəfimizdən əraziyə işçi qüvvəsi cəlb edilərək suvarma arxında təmizlik işləri aparılmış, vətəndaşlar tərəfindən atılmış məişət tullantıları təmizlənmiş və arxın suötürücülüyü yaxşılaşdırılmışdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*