Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundubackend

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib.

KONKRET.az xəbər verir ki, Ermənistan KİV-lərinə istinadən, parlamentin iclasında keçirilən səsvermə zamanı sənədin lehinə 63, əleyhinə isə 32 deputat səs verib, bitərəf qalan olmasa da, müxalifət qüvvələri razılaşmaya kəskin etiraz ediblər.

Xatırladaq ki, cari ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio tərəfindən parafil olunan bu razılaşma çərçivəsində yaradılacaq “TRIPP Development Company” şirkətinin idarəçiliyi və nəqliyyat kommunikasiyalarının açılması məsələsi regionda ciddi müzakirələrə və geosiyasi mübahisələrə səbəb olub.

Ekspertlər qeyd edirlər ki, Ermənistan hakimiyyətinin bu cür addımlarla xarici qüvvələrin regionda birbaşa mövcudluğunu təmin etməyə çalışması Cənubi Qafqazda təhlükəsizlik arxitekturasına hədə olmaqla yanaşı, Zəngəzur dəhlizi və kommunikasiyaların açılması prosesində süni gərginlik yaradır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*