Gürcüstan prezidenti Avropa liderlərini ölkəsinə DƏVƏT ETDİbackend

Gürcüstan prezidenti Avropa liderlərini ölkəsinə DƏVƏT ETDİ

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə “Xarici agentlər haqqında” qanun layihəsinin qəbuluna cəhdlə bağlı yaranmış vəziyyət fonunda Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərindən Tbilisiyə səfər etməyi xahiş edib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Zurabişvili bununla bağlı Tbilisidəki iqamətgahında topladığı Aİ ölkələri səfirlərinə müraciət edib.

“Biz gərgin vəziyyətdəyik və siz tərəfdaşlarımız kimi gürcü xalqı üçün sabitliyin təmin edilməsində çox mühüm rol oynamalısınız. Bu müddət ərzində, mayın sonunadək yüksək səviyyəli səfərlərin həyata keçirilməsini xahiş edirəm”, – deyə prezident söyləyib.

O, “Gürcü Arzusu”nun banisi Bidzina İvanişvilinin son nitqini “çox təxribatçı” və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib.

Prezident nəzərə çatdırıb ki, hazırda və yaxın günlərdə baş verənlərə görə məsuliyyət, tamamilə Gürcüstan hakimiyyətinin üzərinə düşür.

Prezidentin çıxışından sonra səfirlərlə görüş bağlı qapılar arxasında davam edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*