Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ – 10 il müddətinə…backend

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “kvirispalitra.ge” portalı məlumat yayıb.
“Hökmə əsasən, Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib, onun əmlakı — İspaniyadakı torpaq sahəsi və ev, həmçinin Tbilisinin Tsxneti rayonundakı ev və dayanacağı müsadirə olunub”, – nəşrin məlumatında deyilir.
Qeyd edilib ki, onunla birlikdə müavini Georgi Xaindrava və qaynı Vasili Mxeidze də həbs cəzasına məhkum ediliblər.
Burçuladze 22 fevral 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Gürcüstan Müdafiə Nazirliyinə rəhbərlik edib.
Burçuladze 2025-ci ilin sentyabrında həbs edilib. Prokurorluğun məlumatına görə, nazir 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Müdafiə Nazirliyinin hərbi hospitalı üçün tibbi cihazın alınması prosesində saxta sövdələşmələrin bağlanması nəticəsində dövlətə 1 333 728 lari (təxminən 495 min dollar) məbləğində ziyan vurub.//bakupost

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*