“Hakimiyyət diktatura qurmağa çalışır” – Ohanyan erməniləri mübarizəyə səslədibackend

“Hakimiyyət diktatura qurmağa çalışır” – Ohanyan erməniləri mübarizəyə səslədi

“Ermənistan hakimiyyəti demokratik dəyərləri təbliğ edən beynəlxalq ictimaiyyətin gözü qarşısında açıq-aşkar diktaturaya can atır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətçilərin həbsi ilə bağlı çıxışında səsləndirib:

“Dünən heç bir hüquqi əsas olmadan Kacaran icmasının rəhbəri Manvel Paramazyan yenidən həbs olundu. Biz hakimiyyətin hazırkı merlərə və icma liderlərinə qarşı aşkar qanunsuzluğunu pisləyirik” – deyə Ohanyan vurğulayıb.

Ohanyan Ermənistan vətəndaşlarını hüquqi və demokratik Ermənistan naminə mübarizəyə səsləyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*