Hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bərdədə hamilə qadının ölümü ilə bağlı rəsmi məlumat açıqlanıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü Hüseynova Nailə Mürvət qızı  tibb müəssisəsinə sağ tərəfli boru hamiləliyi diaqnozu ilə daxil olub:

“20 oktyabr 2021-ci ildə üzərində tuboektomiya əməliyyatı icra edilib. Əməliyyat saat 15:40-da başlayıb, 16:20-də bitib. Xəstə səhər saatlarında çarpayıdan qalxarkən qəflətən vəziyyəti pisləşib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, vəfat edib.

İlkin ehtimala əsasən, onun ölümünə ağciyər arteriyasının trombemboliyası səbəb olub”.

Qeyd edək ki, Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb.

Rayonun Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəsanasına yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb.

Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*