Toronto hava limanında (Kanada) bir anbardan milyonlarla dollar dəyərində qızıl oğurlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə regional polis müfəttişi Stiven Dyvestein bildirib.
Onun sözlərinə görə, dəyəri təxminən 15 milyon dollar olan yük təyyarədən boşaldılandan sonra yoxa çıxıb.
Kanada mətbuatının məlumatına görə, oğurlanan qızıl külçələr “Toronto-Dominion” Bankın mülkiyyətidir.
Hüquq-mühafizə orqanları oğurluğun cinayətkar dəstələr tərəfindən təşkil edildiyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
