Həbsdən azad edilən türkiyəli bankir İstanbula gətirilibbackend

Həbsdən azad edilən türkiyəli bankir İstanbula gətirilib

Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan və bu il iyulun 19-da azad edilən türkiyəli bankir Məhmət Hakan Atilla İstanbula gətirilib.

M.H.Atillanı İstanbul Hava Limanında ailə üzvləri və dövlət nümayəndələri qarşılayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Hakan Atilla arasında telefon danışığı olub.

Qeyd edək ki, Hakan Atilla 2018-ci ilin mayında İrandan alınan neft və qazın satışından əldə edilən maliyyə vəsaitinin qanunsuz köçürülməsində təqsirli bilinib və Nyu-Yorkun Manhetten məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə Vaşinqtona müraciət edib və bildirib ki, sözügedən cinayət işi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hakan Atilla üzərində məhkəmə prosesini Ankaraya təzyiq vasitəsi kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*