HƏMAS ispan turisti ƏL-Əqsa məscidini təhqir etməkdə ittiham edib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, HƏMAS terror qruplaşması çərşənbə günü Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidi kompleksini ziyarət edərkən açıq-saçıq geyimdə fotolar yerləşdirən ispan turistə qarşı kampaniyaya başlayıb.
Qız dərin dekolteli yaşıl paltarda təsvir edilib. Şəkillərdən birində o, məscidin fonunda əyləşərək paltarındakı yarıqdan ayağı açıq vəziyyətdə görünüb.
HƏMAS-la əlaqəsi olan bir neçə media orqanı qadın haqqında xəbərlər dərc edib, terrorçuların sözçüsü Hazem Kassam onu “sionist ekstremist” adlandırıb.
“Bir sionist ekstremist mübarək Əl-Əqsa kompleksini murdarlayıb. Üzərində çılpaq fotoşəkillər dərc edib. Bu da Fələstin xalqının hisslərinə qarşı misli görünməmiş bir təxribat və Əqsanın paklığının təhqir olunmasının, eləcə də sionistlərin bütün ərəb xalqı üçün nifrətinin davamıdır”, – Kassam deyib.
İsrailin ictimai yayımçısı Kan naməlum qadının İspaniyadan olan xristian turist olduğunu bildirib.
Məbəd dağı İncildəki məbədlərinə görə yəhudilər üçün ən müqəddəs yerdir. Əl-Əqsa İslamda üçüncü ən müqəddəs yerdir. Bu da ərazini İsrail-Fələstin münaqişəsi üçün əsas alov nöqtəsinə çevirir.
Xuraman Etibarlı,
KONKRET.az
