“Hətta İlham Əliyev də təəccübləndi” – Babacanyanbackend

"Hətta İlham Əliyev də təəccübləndi" - Babacanyan

“Hətta İlham Əliyev də təəccübləndi ki, görəsən, kasıb ölkə bu qədər silahı haradan alıb?”.

KONKRET.az xəbər ki, bu barədə erməni ekspert Hasmik Babacanyan yazıb.

“Artıq öyrəndik ki, Ermənistan hökumətində ictimaiyyətə vəziyyət barədə dəqiq məlumatlar verilmir. Anlayın ki, Ermənistanda vəziyyət Qarabağdan daha ciddidir.

Bir neçə gün əvvəl Qarabağdan olan bir “siyasətçi” həmsöhbətim dedi ki, Ermənistan Qarabağdan da pis vəziyyətdədir, fərq ondadır ki, siz bunu hiss etmirsiniz.

Bizi Nikol Paşinyan tələyə salıb. Ovçu kimi ovunu hansı tələ ilə tutacağını yaxşı bilir. Qurbanının nəyi bəyəndiyini bilir və o mövzunu dövriyyəyə buraxır.

Paşinyan əxlaqdan, ailə müqəddəsliyindən əsər-əlamət qalmadan, beldən aşağı zərbələr siyasəti ilə hakimiyyətə gəlib.

Ermənistanda vəziyyət ağır olduğundan, Paşinyan keçmişdə ordunun talan edilməsi mövzusunu gündəmə gətirib.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş konfransda deyib:

“İkinci Qarabağ müharibəsində biz Ermənistanın 4-5 milyard dollarlıq hərbi texnikasını məhv etdik. Sual yaranır: kasıb ölkə bu qədər pulu haradan alır?”

Həmin 4-5 milyard məhv edilmiş silahı birincilər (keçmiş rəhbərliklər – red.) gətirib. Kapitulyasiyadan sonra Azərbaycanın nə qədər müsadirə etdiyini saymasaq, heç nə qədər qaldığını da bilmirik.

Hətta Azərbaycan da təəccüblənir ki, görəsən, yazıq ölkə bu qədər silahı haradan alıb?

İndi Nikolun qarmağın ucuna hansı yemləri qoyduğunu bildinizmi? Biz necə bir tələyə düşdüyümüzü hələ anlamırıq”, – deyə Babacanyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*