Hindistan əsilli kanadalı deputat Çandra Aria Kanadanın baş naziri vəzifəsinə namizədliyini rəsmən elan edib.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, deputat baş nazir postuna Liberal Partiyasının yeganə namizədidir: “Ölkəmizi bərpa edəcək və gələcək nəsillər üçün firavanlığı təmin edəcək daha yığcam, daha effektiv hökumətə rəhbərlik etmək üçün Kanadanın Baş naziri postuna namizədliyimi irəli sürürəm”, -deyə Aria bildirib. Aria monarxik idarəetmə formasının ləğvinin lehinə çıxış edərək, hökumətinin Kanadanı “suveren respublika” edəcəyini bəyan edib. Yanvarın 23-də Liberal Partiyasının milli şurasının növbəti lideri və baş naziri seçmək üçün yarışın şərtlərini müəyyən edəcək iclası gözlənilir. Artıq bir sıra siyasətçilər, o cümlədən xarici işlər naziri Melani Coli, innovasiyalar naziri Fransua-Filip Şampan, təbii sərvətlər naziri Conatan Uilkinson və məşğulluq naziri Stiven MakKinnon da namizədliklərini açıqlayıblar.
Vəli Həsənoğlu,
KONKRET.az