Hindistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirdi – VİDEObackend

Hindistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirdi - VİDEO

Hindistan nüvə başlığı daşıya bilən “Agni-3” ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “the Indian Express” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb:

“Hindistan “Agni-3″ orta mənzilli ballistik raketinin uğurlu sınaq buraxılışını həyata keçirib. Sınaq Strateji Qüvvələr Komandanlığı tərəfindən həyata keçirilən müntəzəm təlim atışlarının bir hissəsi olub”.

Bildirilib ki, raket Abdul Kalam adasındakı sınaq poliqonunda buraxılıb.

Qeyd edək ki, “Agni-3” 3,5 min km-ə qədər uçuş məsafəsinə malikdir. 17 metr uzunluğunda, 2 metr diametrində və atış çəkisi təxminən 50 ton olan raket artıq Hindistan ordusunun arsenalına daxil edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*