Hindistan Rusiyadan premium neft almağı dayandırdıbackend

Hindistan Rusiyadan premium neft almağı dayandırdı

Rusiya neftinin dəniz yolu ilə ən böyük idxalçısı olan Hindistan artıq iki aydır ki, Kozmino limanından göndərilən premium ESPO dərəcəli xammal almır.

KONKRET.az xəbər verir ki, ESPO Şərqi Sibir yataqlarından çıxarılan aşağı kükürdlü (0,6 faizdən az) neft növüdür. 2023-cü ilin sonunda Hindistan Rusiya xammalının bu markasının ən böyük alıcılarından biri olub. 2022-ci ilin ikinci yarısında 60 min barel səviyyəsində olsa da, keçən il orta gündəlik tədarük təxminən 95 min barel olub.

Bundan əvvəl Asiya ölkəsi Rusiyadan daha bir yüksək dərəcəli neftin – Sokolun alışını kəskin şəkildə azaldıb. Belə dinamika əsasən neftə görə ödənişlərdə fikir ayrılıqları ilə bağlı olub. Hindistanlı alıcılar da Qərb ölkələrinin ikinci dərəcəli sanksiyaları altına düşməkdən qorxurlar.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*