Hindistanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı.
KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. Hindistanın televiziya proqramında İslam peyğəmbərinə edilən təhqirdən sonra bu ölkənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya İdarəsinin rəisi Seyid Rəsul Musəvi tərəfindən XİN-ə çağırılıb.
Hindistanın İrandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə gəldikdən sonra Tehranın və İran xalqının narazılığı səfirin diqqətinə çatdırılıb.
Görüşdə Hindistan səfiri İslam Peyğəmbərinin ünvanına hər hansı bir təhqirin təəssüfedici və qəbuledilməz olduğunu bildirib. O deyib ki, bu, dinlərə ən çox hörmət edən Hindistan hökumətinin mövqeyi deyil.
Səfir onu da qeyd edib ki, İslam peyğəmbərini təhqir edən şəxs dövlət rəsmisi deyil, sadəcə partiyalardan birinə məxsus olub və hazırda vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, Hindistanın hakim partiyası olan “Baharatya Canata” (Hindistan Xalq Partiyası) ekstremist partiyasının sözçüsü Navin Kumar Cindalın İslam peyğəmbərinin təhqir edilməsi və buna etirazların artmasının ardınca, sözügedən partiya onun işindən uzaqlaşdırıldığına dair bəyanat yayıb.
Xatırladaq ki, Şarma Hindistan televiziyasında debatlarda çıxış edib və ölkədə baş verən bəzi hadisələrin müzakirəsi kontekstində İslam və Məhəmməd peyğəmbər haqqında müsəlmanları təhqir edən bir sıra açıqlamalar verib.
Daha sonra Hindistan Milli Konqresi partiyasının üzvü Naveen Cindal Twitter-də müsəlmanlara qarşı qərəzsiz olduğu ortaya çıxan bir mesaj yerləşdirib. Bir müddət sonra ona qarşı tənqid dalğasına görə silib.
Qətər və Küveyt tərəfindən Hindistan səfirlərinə də etiraz notaları təqdim edilib, Pakistan və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir sıra digər müsəlman ölkələri və təşkilatları BJP nümayəndəsinin bəyanatlarını pisləyib.
Xuraman Etibarlı,
KONKRET.az
