Hindistanın müxalifət liderləri Arvind Kecrivalın həbsini kəskin şəkildə pisləyiblər.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, Aam Aadmi Partiyasının (AAP) lideri Kecrival cümə axşamı həbs edilib. O, korrupsiyada ittiham olunur.
AAP lideri ittihamı rədd edir və həbsindən Ali Məhkəməyə şikayət edib. Müxalifət liderləri də onun həbsində siyasi motivin olduğunu bildiriblər.
Lakin baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim Bharatiya Canata Partiyası (BCP) ittihamların korrupsiya ilə əlaqədar olduğunu iddia edib.
Xatirə SADİQ,
KONKRET.az
