İcaze.e-gov.az portalı vasitəsilə kimlər icazə ala bilər? – AÇIQLAMAbackend

İcaze.e-gov.az portalı vasitəsilə kimlər icazə ala bilər? - AÇIQLAMA

“Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən fəaliyyətə başlayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.

Fariz Cəfərov  qeyd edib ki, Baş Nazir tərəfindən imzalanan qərar əsasında fəaliyyətinə icazə verilən sahələr var: “O siyahıda özəl təşkilatlar və dövlət qurumları var. 6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı fəaliyyətə başlayacaq. Bu, 8103 SMS xidməti deyil. Vətəndaşlar yanlış anlamasın. SMS sistemi fəaliyyətə başlamır. Nazirlər Kabinetinin qərarında həmin sistemdə hansı təşkilatlar qeydiyyatdan keçə və icazə ala bilər – onların siyahısı artıq təsbit olunub. Bu siyahı üzrə təşkilatlar daxil olacaqlar.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Dövlət təyinatlı və həyati əhəmiyyətli təşkilatların icazələri 8 iyuna qədər avtomatik olaraq təmin olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*