Bir sıra ərazilərdə elektrik enerjisi olmayacaqbackend

Bir sıra ərazilərdə elektrik enerjisi olmayacaq

İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

KONKRET.az xəbər verir ki, “Azərişıq”dan verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində saat 9:30-dan 13:00-a qədər Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmmədoğulları, Xudadat Məlikaslanov, 10 May küçələri, həmçinin DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bölgələrdən Lənkəranın Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür, Gərmətük kəndlərində aparılacaq təmir və sazlama işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək elektrik enerjisi verilişi müvəqqəti kəsiləcək.

Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*