Bilgəhdə dənizdə bir nəfər batdı – Axtarış başlanıldıbackend

Bilgəhdə dənizdə bir nəfər batdı - Axtarış başlanıldı

Bakı şəhərinin Xəzər rayonunda dənizdə batan şəxsin axtarışlarına başlanılıb.

KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə Bilgəh qəsəbəsində, “Daçnik” adlanan ərazidə və ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 kilometr uzaqlıqda yerləşən nəzarətsiz dəniz sahəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Hadisə ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, nəzarətsiz və qeyri-çimərlik ərazilərdə çimməməyə, eləcə də küləkli hava şəraitində dənizə girməməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*